İdxalda rekord qeydə alınıb - Əsas pay qızıla aiddir

İdxalda rekord qeydə alınıb - Əsas pay qızıla aiddir

2024-cü ildə Azərbaycanın idxalında rekord göstərici qeydə alınıb. 

 

Sfera.az xəbər verir ki, idxalın həcmi 2023-cü illə müqayisədə 3,77 milyard dollar artaraq 21,06 milyard dollara çatıb. 

 

Məlumatlardan aydın olur ki, ötən il idxalın artmasının səbəbi dövlət sektoru üzrə alışların artmasıdır. 

 

Belə ki, bir ildə dövlətin alışlarının məbləği 3,42 milyard dollar artaraq 6,3 milyard dolları ötüb. 

 

Ötən il Azərbaycana gətirilən hər 100 dollarlıq malın 30 dolları dövlətin sifarişi ilə alınıb. Bu nisbət 2023-cü ildə cəmi 17 dollar idi. Dövlətin alışlarında əsas pay qızıl alışı ilə bağlıdır. Dövlət Neft Fondu bir ildə qızıl alışına 3,3 milyard dollar xərcləyib ki, bu da dövlətin idxal xərclərini xeyli artırıb. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaşımı təqdim edir: &nbs...

Hikmət Hacıyev: "Minalar kütləvi qırğın silahı funksiyası daşıyır"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan basdı...

Qurban Qurbanov: "Futbolçularımız finalda yaxşı oynadılar"

"Qarabağ"ın futbolçuları Azərbaycan Kubokunun finalında yaxşı oyun keçiriblər.   Sfera.az-ın məlumatına görə, bunu komandanın baş məşqçisi ...

Rihannaya ağır itki - FOTOLAR

Məşhur müğənni Rihannaya ağır itki üz verib.   Sfera.az xəbər verir ki, ifaçının atası Ronald Fenti 70 yaşında vəfat edib. O, qısa çəkən xə...