Azərbaycanda nağd pul azalır - RƏSMİ
İqtisadiyyat
12:50 / 27.11.2024
3191
Bir neçə aydır ki, Azərbaycanda banklardan kənarda olan nağd pulun həcmində azalma müşahidə edilir.
Sfera.az xəbər verir ki, 2024-cü ilin iyulun sonunda banklardan kənarda 15 milyard 901 milyon manat nağd pul var idi. Bu ilin noyabrın 1-də nağd pulun məbləği 15 milyard 748 milyon manata enib.
Məlumatlardan görünür ki, ötən 3 ay ərzində nağd pulun həcmində azalma davamlı olub. Ötən müddətdə nağd pulun həcmi 153 milyon manat azalıb.
Son üç ayda nağd pulun həcmi azalsa da bir il əvvəlki dövrlə müqayisədə vəsaitlərin həcmində artım qeydə alınıb. Bir il əvvəllə müqayisədə nağd pulun həcmi 807 milyon manat artıb.
Vasif