Azərbaycan əhalisinin bu mənbələr üzrə gəlirləri azalır - RƏQƏMLƏR

Azərbaycan əhalisinin bu mənbələr üzrə gəlirləri azalır - RƏQƏMLƏR

Azərbaycanda ev təsərrüfatlarının son illərdə gəlirlərinin strukturunda dəyişiklik müşahidə edilir. Bu dəyişikliklər nəticəsində bəzi gəlir növlərinin payı artır, bəzi gəlir növlərinin payında isə azalma baş verir.

 

Sfera.az xəbər verir ki, ümumi gəlirlərdə payı artan mənbələr maaş, pensiya və sosial ödənişlərdir. Digər gəlir mənbələrinin isə ümumi gəlirdə payı azalır.

 

Bunu 2015 və 2023-cü illərə aid olan göstəricilərin müqayisəsindən görmək mümkündür.

 

2015-ci ildə aylıq adambaşına düşən hər 100 manatlıq gəlirin 33 manatı maaşlardan, 13 manatı pensiyalardan, 1,6 manatı digər sosial ödənişlərdən ibarət idi. 2023-cü ildə hər 100 manatlıq gəlirdə maaşların payı 38 manata, pensiyaların payı 17 manata, digər sosial ödənişlərin payı 3 manata çatıb.

 

Hər üç mənbə üzrə ciddi artımın olduğu görünür. 2015-ci illə müqayisədə adıçəkilən mənbələr üzrə gəlirlərin daha çox artmasının səbəbi bu dövrdə maaş, pensiya və sosial ödənişlərin məbləğindəki böyük artımla əlaqədardır. Son 8 ildə əhalinin gəlirlərində digər mənbələrin payı azalıb. 2015-ci ildə əhalinin gəlirində özünüməşğulluqdan gəlirlər ən böyük paya sahib idi.

 

Həmin ildə hər 100 manatlıq gəlirin 40 manatı bu mənbə hesabına təmin olunurdu. Amma 2023-cü ildə özünüməşğulluqdan gəlirlər 33 manata düşüb. 2015 və 2023-cü illərin müqayisəsindən görünür ki, kənd təsərrüfatından gəlirlər 13,4 manatdan 10,7 manata, əmlakın icarəyə verilməsindən gəlirlər 0,7 manatdan 0,2 manata, ölkə daxilində digər ailələrdən alınan vəsaitlər 8,2 manatdan 7,5 manata, ölkə xaricindən alınan vəsaitlər 2,6 manatdan 1,7 manata düşüb. Bu dəyişiklik göstərir ki, qarşıdakı illərdə də əhalinin gəlirlərinin artımında maaş, pensiya və sosial ödənişlərin rolu böyük olacaq. Maaş və sosial ödənişlər artdıqca gəlirlər də daha sürətlə artacaq.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...