Kapital Bank-ın dəstəyi ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı keçiriləcək

Kapital Bank-ın dəstəyi ilə “iFest-İnnovasiya və Texnologiya” festivalı keçiriləcək

Texnologiya həvəskarları və startap ideası olan hər kəsin nəzərinə, Kapital Bank-ın dəstəyi, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) təşkilatçılığı ilə Bakı şəhərində "iFest-İnnovasiya və Texnologiya" Festivalı baş tutacaq.

 

Layihənin əsas məqsədi texnologiya şirkətləri ilə gənclər arasında yeni əlaqələrin qurulması, startapların inkişafına dəstək olmaq, onların maliyyə imkanlarına çıxışını təmin etmək və ideaların nümayişini həyata keçirməkdir. Ölkəmizin noyabr ayında COP29-a ev sahibliyi edəcəyini nəzərə alaraq, builki festival COP29-a həsr olunacaq və "Yaşıl texnologiya - yaşıl dünya naminə" şüarı altında keçiriləcək.

 

Festivalda texnologiya sahəsində fəaliyyət göstərən şirkətlər və minimal mümkün məhsul (MVP) mərhələsinə çatan startaplar öz stendləri ilə iştirak edəcəklər. Həmçinin, yerli və xarici vençur fondları və mələk investorları da festivalda təmsil olunacaqlar. Festival 23 iyul 2024-cü il tarixində keçiriləcək.  

 

Tədbir çərçivəsində müxtəlif maraqlı fəaliyyətlərin keçirilməsi planlaşdırılır ki, bunlara startapların təqdimatı, investor görüşləri, startap forumu, texnologiya şirkətlərinin və startapların sərgisi, eləcə də əyləncəli şou proqramlar daxildir.

 

Qeyd edək ki, "iFest-İnnovasiya və Texnologiya" festivalı silsilə xarakter daşıyır və növbəti illərdə də keçirilməsi planlaşdırılır. Festivalda gənclər, texnologiya həvəskarları və startapla maraqlanan hər kəs iştirak edə bilər.

 

Qeydiyyat üçün: //ifest.az/qeydiyyat/

 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün- //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Qəzzada ölənlərin sayı 41 min 870 nəfərə çatıb

İsrail ordusunun endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 870 nəfərə çatıb.   Sfera.az xəbər verir ki, bu barədə...

Günün ən xoşbəxt BÜRCÜ

Bu bürcün nümayəndələri bu gün həyatın bütün sahələrində uğurlar qazanacaqlar   Bu bürcün nümayəndələri adətən harmoniya, ədalət və tərəfdaşlığı qiym...

İsrail Livanı vurdu: 23 ölü, 93 yaralı

İsrailin dünən Livana endirdiyi zərbələr nəticəsində azı 23 nəfər ölüb, 93 nəfər yaralanıb.   Sfera.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirl...

Peşə tanınması üzrə imtahanda 149 nəfər uğur qazanıb - DİM

Oktyabrın 6-da Dövlət İmtahan Mərkəzi (DİM) müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üz...

Cəbrayılda məktəb istifadəyə verildi: Şagirdləri gözləyir?

Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına tam orta məktəb istifadəyə verilib.   Məktəbdə ilkin mərhələdə 122 şagird təhsil alacaq, ilin sonunda şagird...

Xaricdə təhsil alanlar imtahan verdi

Dövlət İmtahan Mərkəzi tərəfindən 6 oktyabr 2024-cü il tarixində müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər ü...