Azərbaycan elektrik avtomobillərini hansı ölkələrdən alır? - RƏQƏMLƏR

Azərbaycan elektrik avtomobillərini hansı ölkələrdən alır? - RƏQƏMLƏR

Son illərdə Azərbaycana idxal edilən elektrik avtomobillərin sayı sürətlə artır. Bir neçə il əvvəl hər ay 5-10 ədəd elektrik avtomobili idxal edildiyi halda, hazırda bu göstərici 250-300 ədədə yüksəlib.

 

Bəs Azərbaycana gətirilən elektrik avtomobilləri daha çox hansı ölkələrdən idxal edilir?

 

Sfera.az gömrük məlumatlarına istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-aprel ayları ərzində 1012 ədəd elektrik avtomobili idxal olunub. Bu qədər avtomobilin 830 ədədi, yəni 82 faizi Çindən alınıb.

 

Çindən idxal edilən avtomobillər üçün ümumilikdə 32,94 milyon dollar ödənilib. Bir avtomobilə görə çəkilən xərc orta hesabla 40 min dollar olub.

 

Elektrik avtomobil idxalında Çindən sonra ABŞ və Almaniya böyük paya sahibdir. İlk 4 ayda ABŞ-dən 79 ədəd, Almaniyadan 69 ədəd elektromobil gətirilib. ABŞ-dan gətirilən bir avtomobilə görə orta hesabla 34,6 min dollar, Almaniyadan idxal olunan avtomobil üçün 76,8 min dollar ödənilib.

 

Çinin idxalda lider olmasının səbəbi bu ölkənin elektrik avtomobillərin istehsalı və ixracında qabaqcıl mövqedə olmasıdır. Son illərdə Çində çoxlu sayda yeni model yaradılıb ki, bu da Çinin elektromobil bazarında mövqeyini gücləndirir.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Tanınmış azərbaycanlı rəssam vəfat etdi

Türkiyədə yaşayan azərbaycanlı Əməkdar rəssam Rəhim Məmmədov vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi...

AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia

Minval.az redaksiyasına anonim məktub daxil olub.   Sfera.az sözügedən sayta istinadla xəbər verir ki, anonim məktubda 2024-cü ilin dekabrında q...

Tramp Qəzzada atəşkəsin gələn həftə əldə olunacağına ümid edir

ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında atəşkəsin növbəti həftə əldə olunacağına ümid etdiyini deyib. Sfera.az xəbər verir ki, jurnalistlrə açıqla...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

1 iyul tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevin Rusiya Xarici İşlər Nazirliyində görüş...

"Qarabağ" Niderland, Ukrayna və Avstriya komandaları ilə qarşılaşacaq

"Qarabağ"ın Avstriyada keçiriləcək təlim-məşq toplanışındakı yoxlama oyunlarının vaxtı və rəqibləri müəyyənləşib.   Sfera.az  Ağdam tə...

Avstraliyada qasırğa: Sidney aeroportu işini dayandırdı

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub.   Sfera.az xəbər verir ki, Sidney hava limanında 20-dən ço...