Logo

Rusiya dünyanın TOP 4 iqtisadiyyatına daxil oldu

Rusiya dünyanın TOP 4 iqtisadiyyatına daxil oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya alıcılıq qabiliyyəti paritetinə görə dünyanın TOP 4 iqtisadiyyatına daxil olub.

Sfera.az “Vedomosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikov Sankt-Peterburq İqtisadi Forumunda (SPİEF) bildirib.

Nazirin sözlərinə görə, belə göstəricilərə ÜDM-in artımı, inflyasiyanın cilovlanması hesabına nail olunub. Mövzu SPİEF çərçivəsində keçirilən Rusiya Kiçik və Orta Müəssisələrin Forumu zamanı müzakirə olunub.

Qeyd edək ki, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu 2024-cü il iyunun 5-dən 8-dək keçirilir. Bu dəfə ekspertlər və siyasətçilər geniş mövzuları müzakirə edəcəklər: beynəlxalq iqtisadi əlaqələrin inkişafı və texnoloji transformasiya, sosial inkişaf, müasir cəmiyyətin həyatı və s. Eyni zamanda, 27-ci forumun əsas mövzusu “Çoxqütblülüyün əsası – yeni inkişaf mərkəzlərinin formalaşması”dır.

İnci

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR