Azərbaycanda nə qədər avtomobil var? - SON RƏQƏMLƏR

Azərbaycanda nə qədər avtomobil var? - SON RƏQƏMLƏR

2024-cü ilin əvvəlinə aid olan məlumata əsasən, Azərbaycanda 1 milyon 738 min 940 ədəd avtomobil var.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə avtomobillərin sayı 93,7 min ədəd artıb. Bu sayın artması daha çox minik avtomobillərinin hesabına baş verib. Minik avtomobillərinin sayı ilk dəfə olaraq 1,5 milyon ədədi keçib.

 

Bir il əvvəl 1,42 milyon olan minik avtomobil sayı bu ilin əvvəlində 1,502 milyon ədədə yüksəlib. Bu sayın 1,42 milyonu şəxsi avtomobilərdən ibarətdir.

 

Azərbaycanda yük avtomobillərinin də sayı xeyli artıb. Bir il əvvəl sayı 168,7 min olduğu halda, bu ilin əvvəlində avtomobil sayı 177,6 minə yüksəlib.

 

Ölkəmizdə 31,46 min ədəd avtobus var. Bir il ərzində avtobusların sayı 248 ədəd artıb.

 

Bundan başqa ölkəmizdə 14,24 minə yaxın xüsusi təyinatlı avtomobil də var. Bir ildə xüsusi təyinatlı avtomobillərin sayı 1,14 ədəd artıb. Digər növ avtomobillərin sayı isə 13,66 min ədəddir.

 

Son göstəriciləri də nəzərə aldıqda, Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən avtomobil sayı 148 ədəd olub. Hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı isə 61-dir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...