Lirə dollar qarşısında bahalaşır – SƏBƏB

Lirə dollar qarşısında bahalaşır – SƏBƏB

2024-cü ilin aprelin ikinci yarısından başlayaraq dollar/lirə məzənnəsində enmə müşahidə edilir. 


Sfera.az xəbər verir ki, aprelin 21-də bir dollar 32,6 lirəni keçdikdən sonra ABŞ valyutasında ucuzlaşma prosesi gedir. Bu günə olan məlumata əsasən, məzənnə 32,27 həddinə düşüb. Ötən 2 həftə ərzində dollar lirə qarşısında təxminən 1 faiz ucuzlaşıb. 


Xatırladaq ki, 2021-ci ildən başlayaraq dollar lirəyə nəzərən sürətlə bahalaşır. 2023-cü ilin aprelindən dolların bahalaşması bir qədər də güclənib və qısa müddətdə məzənnə 19-dan 32,6-ya yüksəlib. 


Son günlər dolların bir qədər ucuzlaşmasının səbəbi ölkəyə xarici investisiya qoyuluşunun artması, xarici borclanmaya dair yeni razılaşmaların əldə edilməsi, xarici ticarət kəsirinin məbləğinin kiçilməsi və turizm mövsümünün başlaması ilə bağlıdır. 


Əvvəlki illərin də təcrübəsi göstərir ki, Türkiyəyə daha çox xarici investisiya cəlb ediləndə, xarici ticarət kəsiri kiçiləndə və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq genişlənəndə lirədə ucuzlaşma zəifləyir. 


Türkiyə üçün dollar/lirə məzənnəsindəki yüksəlmənin yumşaq formada olması çox əhəmiyyətlidir. Ölkədə dollar aşağı sürətlə bahalaşanda inflyasiya səviyyəsi də aşağı olur və əhalinin rifah halı yaxşılaşır. 


Vasif


OXŞAR XƏBƏRLƏR