Mikayıl Cabbarov: "Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"

Mikayıl Cabbarov:

Beynəlxalq nəqliyyat dəhlizlərində həlledici qovşaq kimi mövqe tutan Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolu kimi yaranmasında mühüm rol oynayıb.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumda deyib.

 

Onun sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə təşəbbüs göstərməklə Orta Dəhlizin əsasını qoydu.

 

Nazir vurğulayıb ki, Azərbaycan strateji coğrafi mövqeyindən istifadə edərək, sənaye zonalarını və Ələt Azad İqtisadi Zonasını (AFEZ) əhatə edən çoxsaylı xüsusi iqtisadi zonalar yaratdı: "AFEZ ixrac üçün yüksək dəyərli malların istehsalı üçün innovativ texnologiyalardan istifadə etməkdə maraqlı olan investorları cəlb etmək məqsədi daşıyır. Xəzər dənizinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən AFEZ öz rezidentlərinə vergi güzəştləri və gəlirlərini repatriasiya etmək azadlığı təklif edir".


OXŞAR XƏBƏRLƏR

Bu küçədə yol bağlıdır

Xətai rayonu, Sergey Senyuşkin küçəsində sexlərdən birində baş verən yanğın səbəbindən qeyd olunan küçədən Yusif Səfərov və Xocalı prospekti istiqamətində nəqli...

“Bunu bəyənməyənlər öz işləri ilə məşğul olsalar, daha yaxşı olar” - Prezident

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan ilə İran dövlət sərhədində Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.  ...

Anar Heybətova ağır itki - FOTO

Əməkdar artist Anar Heybətova ağır itki üz verib.   Sfera.az axşam.az-a istinadən bildirir ki, bu barədə aktyor sosial şəbəkədə paylaşım edib. O, əmi...

Bank kartlarından oğurluq halları artıb: Qarşısını necə almalı?

Kiberdələduzluq və bank kartlarından oğurluq hallarının qarşısının alınması məqsədilə Şirvanda əhali arasında maarifləndirmə işi gücləndirilib.   Sfe...

Sabah rayonlarda leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasınd...

Latviya parlamentinin sədri Füzuliyə getdi

Latviya Respublikası parlamentinin sədri Daiga Mierinanın başçılıq etdiyi nümayəndə heyəti Füzuli rayonuna gəlib.   Bu barədə Sfera.az-a Milli M...