“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞ dolları olan AZ2008005152 qeydiyyat nömrəli Bakı Fond Birjasında  premium bazar seqmentində listinqdə saxlanılan və yüksək gəlirlilik təklif edən istiqrazlarının yerləşdirilməsi 17 aprel 2024-cü il tarixində başa çatıb.  

 

104 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 35 milyon ABŞ dolları olub. İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 90 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

 

Yüksək gəlirlilik təklif edən Kapital Bank istiqrazları banka məxsus kütləvi təklif olunan ilk subordinasiya istiqrazlarıdır. Aktivlərin davamlı böyüməsini dəstəkləməyə, adekvatlıq əmsalını yüksək həddə saxlamağa və ümumilikdə uzunmüddətli strateji hədəflərə çatmağa xidmət edən subordinasiya istiqrazları vətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurlu yerləşdirmənin davamı olaraq Kapital Bank Azərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi və investorlara yeni investisiya məhsulları təklif etməyi hədəfləyir.



Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Nazir onu DYP rəisi TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni təyinat olub. Sfera.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis kapitan...

Şuşanı düşməndən təmizləyən Xüsusi Təyinatlı Qüvvələr 25 yaşında

Bu gün Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılmasından 25 il ötür.  Sfera.az xatırladır ki, XTQ 1999-cu ildə Müdafiə Nazirliyinin tabeliyində yaradı...

Rabitəbank 15 milyon ABŞ dolları dəyərində müqavilə imzaladı - FOTO

"Rabitəbank" ASC Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə 15 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb. Müqaviləni Rabitəbankın İdarə...

Sabirabadda ilk “Kontakt” mağazasının açılışında sevinc dolu anlar - 60%-DƏK ENDİRİMLƏR

“Kontakt” sevinc gətirdiyi bölgələr sırasına birini də əlavə etdi.  Belə ki, şəbəkə bir neçə gün əvvəl Sabirabadda ilk mağazasının açılış tədbi...

Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert KEÇİRİLƏCƏK

Mayın 4-də Heydər Əliyev Mərkəzində “20 ilin sədası” konsert proqramı təqdim olunacaq.   Bununla bağlı Sfera.az-a Heydər Əliyev Fondundan...

Moldova XİN başçısı Böyük Britaniyaya GETDİ

Moldovanın xarici işlər naziri Mixay Popşoy Böyük Britaniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az “Moldpres” agentliyinə istinadən x...