Fransa məhsulları boykot ediləcək? – “3 qəpiklik aksiyaya dəyərmi?

Fransa məhsulları boykot ediləcək? – “3 qəpiklik aksiyaya dəyərmi?

“Ötən il Fransa 603,4 milyard dollarlıq məhsul satıb. Bunun cəmi 222 milyon dollarını Azərbaycan alıb. Bu isə, 0.03% deməkdir”.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, ötən il Fransanın mal satıb qazandığı hər 100 dolların cəmi 3 sentini Azərbaycan verib:

 

“Tutaq ki, Fransa məhsullarının boykot edilməsi qərarı verildi. Bununla biz 3 qəpiyin maksimum 1 qəpiyini azalda biləcəyik. Yəni, maksimum cibinbə 100 manat olan adama 1 qəpik zərər dəyər. Bu da heç zərər deyil. Necə deyərlər, mən almayacam, başqasına satacaq”.

 

Ekspert bildirib ki, siyasi anlamda münasibətlər gərgin görünsə də, iqtisadi baxımdan vəziyyət başqadır:

 

“Bu ilin 6 ayı ərzində Fransa ilə ticarət dövriyyəmiz 3,6 dəfə, yəni 260 faiz artıb.  Odur ki, Fransa kimi dövlətin addımlarına qarşı mübarizə siyasi arenada effektiv ola bilər, amma iqtisadi arenada bu, belə deyil”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...