Təbii qazın dəyəri artdı
Kateqoriya məlum deyil
Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb.
Sfera.az xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.68% dəyər qazanaraq 3.0544 ABŞ dollarına bərabər olub.
Niderlandın "Title Transfer Facility" (TTF) platformasında qazın meqavat-saatının dəyəri isə 0.68% artaraq 96.47 avroya bərabər olub.






