Logo

Azərbaycanda 4 nəqliyyat vasitəsi özəlləşdirilib

Azərbaycanda 4 nəqliyyat vasitəsi özəlləşdirilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə Sfera.az-a Dövlət Xidmətindən bildirilib.

Hərraca çıxarılan “Daewoo Damas” markalı avtomobilin start qiyməti 2 000 manat olsa da, son təklif 4 000 manata yüksəlib. Bununla yanaşı, start qiyməti 2 000 manat olan “QAZ 31105” markalı nəqliyyat vasitəsi 3 150 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/36SjYG linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar noyabrın 14-də, 17-də, 21-də və 28-də keçiriləcək. Hərraclara 116 nəqliyyat vasitəsi çıxarılacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR