Dolların bahalaşması məhsulları UCUZLAŞDIRIR: Hansı əmtəələrin qiyməti enir?

Dolların bahalaşması məhsulları UCUZLAŞDIRIR: Hansı əmtəələrin qiyməti enir?

Dolların bahalaşmasının davam etməsi bir çox məhsulun qiymətinin enməsinə səbəb olur.

 
Sfera.az bildirir ki, beynəlxalq birjalarda bəzi məhsulların qiyməti məhz dollarla müəyyənləşir. Bu səbəbdən dolların məzənnəsi onların qiymətinə təsir etmək imkanına sahibdir. Dolların məzənnəsi ilə məhsulların qiyməti arasında əlaqə isə tərs mütənasibdir. Yəni, dollar ucuzlaşdıqda həmin məhsullar bahalaşır, dollar bahalaşdıqda məhsulların qiyməti enir. 


Hazırda dolların dəyəri 2002-ci ildən sonrakı ən yüksək səviyyəyə çatıb. Yalnız son bir ildə dolların kursu 21 faizdən çox yüksəlib. ABŞ valyutasının məzənnə dəyərinin bu dərəcədə yüksəlməsi istər-istəməz məhsulların qiymətinə azaldıcı təsir göstərir. 


Bəs dolların bahalaşması hansı məhsulların qiymətinə birbaşa təsir gücünə sahibdir?


Bahalaşan dollar ilk növbətə bank metallarının, yəni qızılın, gümüşün, platinin, bürüncün dəyərinə mənfi təsir göstərir.Son bir ildə qiymətli metallardan ən çox gümüş ucuzlaşıb. Onun qiyməti ilin əvvəlindən 20 faiz enib. Bir il əvvəl troyan unsiyasının (31,1 qramı) qiyməti 23 dollar olan gümüş hazırda 18,6 dollara satılır. Platinin dəyəri 11 faizdən çox düşüb. Bu qiymətli metalın bir troyan unsiyasının qiyməti 970 dollardan 852 dollara enib. 


Qızıl isə təxminən 10 faiz ucuzlaşıb. “Nəcib metal”ın qiyməti 1800 dollardan 1651 dollara kimi azalıb. Möhkəm dollar əlvan metallardan misin 24 faiz, alüminiumun 23 faiz, sinkin 16 faiz ucuzlaşmasına kömək edib. Xam neftin dəyərinin son bir ayda 16 faiz enməsində də dolların məzənnəsinin rolu var. Adıçəkilən məhsullardan başqa son bir ayda təbii qazın 25 faiz, pambığın 21 faiz qiymət itkisində də dolların payı danılmazdır. 


Ümumilikdə, dolların bahalaşması dünyada əmtəə bazarlarında qiymət səviyyəsinin aşağı düşməsini asanlaşdırır. Son bir ayda əksər məhsulun dəyərinin düşməsinin də bu amillə əlaqəsi var. Buna görə də, əgər dollar indiki kimi bir neçə ay yüksək məzənnə dəyərinə sahib olarsa, məhsulların dəyərinin enməsi davam edəcək.


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İtləri panda kimi rənglədilər: Zoopark qalmaqalı

Çinin Quanqyuan Zooparkı insanlar qəfəslərdəki “pandaların” sadəcə boyalı itlər olduğunu başa düşdükdən sonra bağlanmaq məcburiyyətində qalıb. Zoopa...

“Kişi olduğumu deyirdilər”: Ledi Qaqa zorakılığa məruz qaldığından danışıb

Amerikalı müğənni və bəstəkar Ledi Qaqa (əsl adı Stefani Germanotta - red.) “Netflix”in yeni "Nə olacaq? Gələcək Bill Qeytslə" serialında ...

İtaliya Çörçillin oğurlanmış şəklini Kanadaya qaytarıb - FOTO

İtaliya Kanadaya Böyük Britaniyanın keçmiş baş naziri Uinston Çörçilin məşhur fotosunu verib. Sfera.az xəbər verir ki, bu barədə CBC telekanalı məlumat yay...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım -VİDEO

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.   Sfera.az paylaşı...

İordaniya dünyada rəsmi olaraq cüzamdan azad olan İLK ÖLKƏ OLDU

İordaniya dünyada rəsmi olaraq cüzamdan xilas olan ilk ölkə olub və Ümumdünya Səhiyyə Təşkilatı Yaxın Şərq dövlətini mühüm nailiyyəti münasibətilə təbrik edib. ...

Donald Trampın həyat yoldaşı çılpaq fotoları haqqında: “Mən bunu fəxrlə çəkirəm”

Donald Trampın həyat yoldaşı Melaniya geyimsiz fotosu ilə fəxr etdiyini bildirib.   Sfera.az xəbər verir ki, o bu barədə İnstaqramda yazıb.   ...