DİQQƏT! Dollar bahalaşacaq: Son 28 ilin ən sərt faiz artımı gözlənilir

DİQQƏT! Dollar bahalaşacaq: Son 28 ilin ən sərt faiz artımı gözlənilir

ABŞ mərkəzi bankı funksiyasını həyata keçirən Federal Ehtiyatlar Sistemi (FED) bu həftə növbəti toplantısını keçirərək son 28 ilin ən sərt faiz artımını edə bilər.

 

Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bazarlar FED-in uçot dərəcəsini 0,75 bənd artıracağını gözləyir. Fyuçer qiymətləndirmələrinə əsasən FED-in bu həftəki iclası da daxil olmaqla, növbəti üç iclasda 1,75 faiz bəndi faiz artımına gedəcək. İlk iclasda faizlər 0,75 bənd, növbəti hər bir iclasda isə 0,5 bənd artım elan olunacağı proqnozlaşdırılır.

 

FED-in bu cür sərt tədbirlərə əl atması ABŞ-da keçən həftə açıqlanan inflyasiya göstəriciləri ilə bağlıdır. Ötən həftə açıqlanan məlumatlara görə, istehlakçı qiymət indeksi mayda illik 8,6 faiz artaraq 1981-ci ilin dekabrından bəri ən yüksək artım göstərib.

 

ABŞ Maliyyə Nazirliyi və FED inflyasiya proqnozunun daha da pisləşməsindən narahatdırlar. Ehtimal edir ki, FED maliyyə siyasətini sərtləşdirməsə illik inflyasiya 9 faizə çata bilər.

 

ABŞ-ın maliyyə mütəxəsisləri hesab edir ki, mövcud vəziyyət staqflyasiyanın (bahalaşma və işsizliyin eyni anda baş verməsi – red.) əlamətləridir. Onların qənaətincə, bu hal uzunmüddətli olarsa, ABŞ iqtisadiyyatını tənəzzülə sürükləyəcək.

 

Qeyd edək ki, faiz dərəcələrinin sərt şəkildə artırılacağı gözləntisi dolları yenidən bahalaşdırır. İyun ayının əvvəlindən bəri dollar təxminən 3,7 faiz bahalaşıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər SAXLANILDI

Mayın 8-də futbol üzrə Azərbaycan U-16 Liqasının hesabat turunda keçirilən “Kəpəz” - “Qəbələ” matçında baş vermiş insidentlə bağlı Gəncə...

Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal ALIB

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 695 milyon ABŞ dolları dəyərində mal idxal edib.   Sfera.az bu barədə Türkiyənin ...

Zelenski: "Avropa bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına çevrilib"

Nasizmin məğlubiyyətindən 79 il sonra Avropa, təəssüf ki, yenidən təkcə Ukrayna xalqının deyil, bir çox başqa xalqların taleyinin həll olunduğu döyüş meydanına ...

Azərbaycanın NATO-dakı üzvləri İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıları ANDILAR

Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin heyəti 9 May faşizm üzərində Qələbə Günü münasibətilə İkinci Dünya müharibəsində həlak olan azərbaycanlıların məzar...

AAF prezidenti türkiyəli həmkarı ilə GÖRÜŞDÜ

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə Ankarada Türkiyə Ağırlıqqaldırma Federasiyasının (TAF) prezidenti Tələt Ünlü ilə gör...

"Anadolu Ankası - 2024" təlimi davam edir - VİDEO

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi davam ...