Xaricdən buğdanı neçəyə alırıq? – Aylar üzrə qiymətlər

Xaricdən buğdanı neçəyə alırıq? – Aylar üzrə qiymətlər

Bu ilin ilk 4 ayı ərzində xaricdən Azərbaycana 308 min 42,7 ton buğda idxal olunub.


Sfera.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan buğdanın gömrük dəyəri 105 milyon 270,2 min dollar təşkil edib.


Nəticədə ölkəyə gətirilən buğdanın 1 tonunun orta gömrük dəyəri 342 dollar olub.

 

İdxal olunan buğdanın ən yüksək qiyməti yanvarda (1 ton/346,6 dollar) qeydə alınıb.

 

Onu da qeyd edək ki, ötən il Azərbaycana xaricdən ümumi dəyəri 331 milyon 946 min dollar olan 1 milyon 148 min 101 ton buğda idxal edilib (1 ton/289 dollar).


Xatıraldaq ki, Azərbaycan buğdaya olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir. Azərbaycanda ərzaq məhsullarının istehsalı hər il təxminən 2,5 milyon ton buğdya ehtiyac olur. Bundan başqa toxum, mal-qara və quş yeni üçün də il ərzində 500-600 min ton buğdadan istifadə edilir. Azərbaycanda yerli istehsal isə təxminən 2 milyon tona yaxındır.(yeniavaz.com)


OXŞAR XƏBƏRLƏR