Logo

Ekspert: "Gömrük qiymətlərin artımına gətirib çıxaracaq ciddi səbəblər yaradır”

Ekspert: "Gömrük qiymətlərin artımına gətirib çıxaracaq ciddi səbəblər yaradır”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin I rübündə büdcəyə daxilolmalar Dövlət Gömrük Komitəsinin xətti ilə nəzərdə tutulandan 20,2% çox, Dövlət Vergi Xidməti xəttilə isə 2% artıq olub.  Bu xəbəri yeni oxuyanda adam sevinir ki, əladır, əlavə pula niyə də sevinməyək. Amma sonra düşünürsən ki, gömrükdə proqnoz ediləndən 1/5 qədər artıq vəsaitlər necə yığıla bilər?".

Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, 2021-ci il haqqında olan büdcə proqnozu qeyri-peşəkarlıqla hazırlana,  15-25%-li xətalarla yol verilə bilər, amma bu inandırıcı deyil:

"İkincisi, bəlkə iqtisadi aktivlik artıb, xarici ticarət əməliyyatları (XTƏ), ələxsus da, idxalın səviyyəsi proqnoz ediləndən daha artıq olub. Amma statistika göstərir ki, əksinə azalıb. XTƏ həcmi də azalıb, o cümlədən 2020-ci ildə I rübündə 2,63 milyard dollarlıq idxal,  2021-ci ilin I rübündə azalaraq 2,53 milyard dollar olub. Statistika olmadan da valyuta axının məhdudlaşdırıldığı və iqtisadi aktivliyin azaldığı bir şəraitdə idxalın azalması gözləniləndir.

Üçüncü mümkün hal isə Gömrük Komitəsində idxal məhsullarına görə təqdim edilən invoysların qəbul edilməməsi, yenidən qiymətləndirmə və s. kimi səbəblərdən ola bilər. Bu daha real səbəb kimi görünür. Çünki, yenidən Komitə tərəfindən aparılan daha yüksək qiymətləndirmə, eləcə də bu və ya digər səbəblərlə rüsumların yuxarı məbləğdə yığılması planın 120% yerinə yetirilməsinə gətirib çıxarıb. Bu qulağa xoş gəlir. Amma fəsadları yoxdumu? Var. Gömrükdə əlavə yüklənmələr hara yığılır? Məhsulun qiymətinin belinə. Sonda yazıq istehlakçı məhsulla bərabər onun belində olan o yükü də daşımalı olur. Başqa sözlə, qiymətlərin artımına gətirib çıxaracaq ciddi səbəblər yaradılır”.

Ekspert bildirib ki, Statistika Komitəsinin açıqladığı infilyasiya göstəricilərinə uyğun olmayan qiymət artımları isə göz qabağındadır:

"Bəlkə də mənim bilmədiyim başqa dördüncü bir səbəb var ki, DGK daxil olmaları proqnozdan 20,2% çoxaldıb. Müqayisə üçün xatırladım ki, Dövlət Vergi Xidmətinin xəttilə bu ilin I rübündə büdcə daxil olmaların proqnozlaşdırılan məbləğdən cəmi 2,2% çox olub. Gömrük Komitəsinin göstəricisindən fərqli olaraq 2%-lik artımı anlamaq və iqtisadi cəhətdən əsaslandırmaq olar. Amma iqtisadi aktivliyin kəskin artmadığı, dövriyyə həcmlərinin yüksəlmədiyi hallarda gömrük və vergi yığımlarının proqnozlaşdırılandan 6-7 %-dən artıq olmasının hazırda iqtisadi əsası yoxdur”.

Günay

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR