Kim dollarla kredit ala biləcək? - Şərt var

Kim dollarla kredit ala biləcək? - Şərt var
İqtisadçı ekspert Samir Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatasının xarici valyutada istehlak kreditləşməsinə tətbiq etdiyi qadağanı məhdudiyyətlə əvəz etməsinə münasibət bildirib.
"Qafqazinfo” xəbər verir ki, ekspert qeyd edib ki, bununla da Palata xarici valyutada istehlakkreditləşməsinə tətbiq etdiyi 1 aylıq moratoriumu aradan qaldırdı: "Mayın 6-dan etibarən banklar xarici valyutada istehlak kreditləri verməyə başlayacaqlar. Ancaq heç də hamı belə kreditlərdən yararlana bilməyəcək. Bəs, kimlər xarici valyutada istehlak krediti ala biləcək?
1. Xarici valyutada gəlirləri olan şəxslər; 
2. Banklarda xarici valyutalarda əmanətləri olan şəxslər;
Ölkədə hazırda 2,5 milyona yaxın əmanətçi var. Ölkə üzrə əmanətlərin 85%-nin xarici valyutada olduğunu nəzərə alsaq, bu halda təxminən 2 milyon nəfərin xarici valyuta kreditlərindən yararlanmaq imkanı əldə edəcəyini zənn etmək olar.
Palata bir aylıq qadağadan sonra banklarda borcalanların borc yükünün yüngülləşdirilməsi məqsədi ilə xarici valyutada mövcud kreditlərin restrukturizasiyasına icazə verir. Yəni, banklar belə kreditlərin şərtlərini sabahdan başlayaraq yüngülləşdirə bilərlər”.
Onun sözlərinə görə, Palata həmçinin xarici valyutada ipoteka kreditlərinin verilməsini qadağan edib: "Qurum xarici valyuta ilə yanaşı, milli valyutada da istehlak kreditlərinin verilməsi şərtlərini sərtləşdirir. Bundan sonra borcalanların gəlirlərinin həcmindən asılı olaraq borc yükünün gəlirə nisbəti və kredit məbləğinin təminata nisbəti əmsalları daxil ediləcək. Bu əmsallar kredit götürmək istəyənlərin imkanlarını daha da məhdudlaşdıracaq. Aylıq gəlirlərini rəsmi sübut edə bilməyənlər isə həmişəki kimi kənarda qalacaq”.

OXŞAR XƏBƏRLƏR

Almaniyada prezident parlamenti buraxdı - Növbədənkənar seçki olacaq

Almaniyda koalisiya hökumətinin dağılmasından sonra erkən seçkilərə qərar verilib. Prezident Frank-Valter Ştaynmayer kansler Olaf Şolzun üçtərəfli koalisiyasını...

Ukrayna XİN başçısı Azərbaycana başsağlığı verdi

Ukrayna Xarici işlər naziri Andrii Sybiha AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana ba...

"ABŞ iflasla üzləşə bilər" - Maskdan HƏYƏCAN TƏBİLİ

"Milli borcla bağlı vəziyyət dəyişməsə, ABŞ iflasla üzləşə bilər".   Sfera.az xəbər verir ki, bunu biznesmen İlon Mask “X” sosi...

Qəzadan sağ çıxan bələdçi hadisəni ANBAAN DANIŞDI: "Hökümə xanımla danışırdım"

AZAL təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində sağ çıxan stüardessa Aydan Rəhimli qəza anında yaşadıqlarından danışıb.   Sfera.az "X...

Bakıda avtomobillərdən oğurluq edildi

Nizami rayonu rayonu ərazisində 3 avtomobildən maqnitofon oğurlanması barədə polisə məlumatlar daxil olub.    Sfera.az xəbər verir ki, Niza...

Xankəndidə 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası keçirilir

Xankəndi şəhərində 34 ildən sonra ilk dəfə "Qış nağılı" bayram yarmarkası keçirilir.   Sfera.az report-a istinadən xəbər verir ki, Dün...