İlham Əliyevdən Ermənistanda baş verənlərə MÜNASİBƏT

İlham Əliyevdən Ermənistanda baş verənlərə MÜNASİBƏT
"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir. Mən Ermənistanda son olanlara şərh bildirmək istəmirəm. Dünən şəhid ailələriylə görüşdə oradakı vəziyyətədə toxundum. Həmin çıxışım Ermənistanda baş verən hadisələrdən əvvəl edilmişdi. Ancaq hadisələr onu göstərdi ki, mən çıxışımda tam haqlıydım”.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib. 

O qeyd edib ki, Ermənistanda baş verənlər dövlətçilik əsaslarını sarsıdır: "Bunun günahkarları Ermənistanın keçmiş rəhbərləridir. Ölkə bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, müstəmləkəyə bənzəyirdi. Bunun səbəbi də işğalçılıq siyasəti idi. Ermənistanı ardıcıl olaraq beynəlxalq layihələrdən təcrid etmişdik.  

Deyirdik ki, Ermənistan öz silahlı qüvvələrini bizim torpaqlarımızdan çıxartsın. Bundan sonra bölgədə işbirliyimiz ola bilər. Ancaq bu çağırışlara qulaq asan olmadı.

Ermənistanda indi böhranlı vəziyyət hökm sürür. Prinsip etibarilə biz başqa ölkələrin daxili işinə qarışmırıq. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalacaq. 10 noyabr bəyanatı icra edilir və ediləcək.

Onlar yeni reallıqlarla barışmalıdır. Bu reallığı biz yaratdıq".


OXŞAR XƏBƏRLƏR

Prezident: "Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq"

Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir   Sfera.az xəbər verir ki, bu fik...

ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi - FOTO

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəm...

Prezident: "Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq"

Avropada təbii qaza - yeni mənbələrdən olan qaza tələb artır. Əgər 2021-ci ildə biz Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdiksə, bu il bu...

Prezident: "COP29 qarşıdurma arenası olmayacaq"

Neft və qazla zəngin olan ölkələr haqqında hansısa miflər yaradılmamalıdır. Bu ölkələr iqlim məsələlərinin həlli üçün çox böyük səylər göstərmişdir. Bu gün BƏƏ ...

Prezident: "Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk"

Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk.   Sfera.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İl...

Prezident: "Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb"

Müharibədən cəmi 3 il yarım vaxt keçib, artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir.   Sfera.az xəbər verir...