No Image
No Image

İƏT-ə üzv dövlətlər Azərbaycana öz dəstəyini göstərir - Deputat

İƏT-ə üzv dövlətlər Azərbaycana öz dəstəyini göstərir - Deputat
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) 30 ilə yaxın müddətdə Azərbaycana məxsus ərazilərin işğal altında qalmasını pisləyir. Ümumiyyətlə, İƏT hər zaman bu məsələdə obyektiv və ədalətli mövqe sərgiləyərək, Azərbaycana siyasi dəstək verib. Bu mənada təşkilatın Təmas Qrupu üzvlərinin Azərbaycana - Gəncəyə və işğaldan azad olunmuş ərazilərə səfəri həqiqətlərin dünyaya təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, bu missiyanın tərkibində təmsil olunanların əksəriyyəti 44 günlük Vətən müharibəsindən sonra ilk dəfə idi ki, həmin ərazilərə səfər edirdilər:

"Məlumdur ki, 2016-cı ilin aprelində İstanbulda keçirilən XIII zirvə görüşündə İƏT çərçivəsində və xarici işlər nazirləri səviyyəsində Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupu yaradılıb. 7 ölkədən ibarət Qrupun ilk iclası 2016-cı ildə İstanbul sammiti çərçivəsində keçirilib. Bu illər ərzində qrup fəaliyyətini münaqişənin həllinin sürətləndirilməsi və böyük dövlətlərin diqqətini bu məsələyə yönəltmək istiqamətində qurub. BMT Baş Assambleyasının 71-ci daimi sessiyası çərçivəsində təmas qrupunun Dağlıq Qarabağla bağlı ilk iclası da keçirilmişdir. Yəni, Təmas Qrupunun qısamüddətli, lakin səmərəli fəaliyyəti münaqişənin daim diqqətdə saxlanması işinə əlavə töhfə verib.

Postmühribə dövründə İƏT-ə üzv dövlətlər Azərbaycana öz dəstəyini göstərməkdədir. Bu ölkələr yeni dövrdə həm də bərpa prosesində Azərbaycanın yanındadırlar. İndiki mərhələdə işğaldan azad olunmuş ərazilərdəki vəziyyətin dünyaya çardırılması olduqca vacibdir. Nümayəndə heyəti azad olunmuş ərazilərə səfər zamanı qeydə aldıqları təəssüratlarını gələn il İslamabadda İƏT xarici işlər nazirlərinin görüşündə də gündəmə gətirəcəklər. Məsələ ilə bağlı böyük ehtimal, çağırışlar da səslənəcək. Eyni zamanda, azad olunmuş ərazilərin bərpasına dəstək məqsədilə çağırışlar da nəzərdə tutulur.

Yəni, münaqişə Azərbaycanın iradəsi sayəsində həllini tapıb və Təmas Qrupu post-müharibə dövründə də fəaliyyətini davam etdirir. İndi müharibə dövrünün dünyaya çatdırılmasına daha çox ehtiyac var, çünki biz artıq azad olunmuş ərazilərdən real faktları təqdim edirik. Ermənistan mütləq şəkildə Azərbaycana qarşı bu illər ərzində həyata keçirdiyi terror aktklarına görə cavab verməlidir. Biz İƏT başda olmaqla bütün beynəlxalq platformalar üzərindən postmüharibə dövründə də fəallığı artırmalı, beynəlxalq müstəvidə ədalətli yanaşma sərgiləyən tərəfdaşlarımızla əməkdaşlığımızı daha da dərinləşdirməliyik.

Turan Bank

OXŞAR XƏBƏRLƏR

Litva XİN başçısı Bakıya gəlir

Litvanın xarici işlər naziri Qabrielyus Landsberqis Cənubi Qafqaz ölkələrinə səfərd edəcək. Sfera.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Na...

Ermənilər general Rüstəm Muradovu günahkar görür - VİDEO

Bəlkə də daşlar və çin olmayan arzular ölkəsinin cəmiyyətinə solğun və kədərli reallıqdan adi paralel aləmə keçmək üçün kömək edəcək yeganə şey – onun başına gə...

Prezidentdən qərar: Bu vəzifəli şəxslər cərimələnəcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiqləyib. Sfera.az xəbər verir ki...

“Hər şey necə olub, elə də deməliyik” - İlham Əliyev

Danışıqlara paralel olaraq, eyni zamanda, hazırlıq işləri gedirdi. Mən bunu gizlətmirdim. Dəfələrlə demişdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bu...

Ərdoğan Bakıdakı forumda videomesajla iştirak etdi

Bakıda Dünya Etnospor Konfederasiyasının (DEK) IV Forumu keçirilib. Sfera.az "TRT Haber"ə istinadən xəbər verir ki, "Ənənəvi İdmanın Bərpası" adlı konfran...

Azərbaycan və Maldiv XİN başçıları arasında telefon danışığı oldu

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Maldiv Respublikasının xarici işlər naziri Abdulla Şahid arasında telefon danışığı olub. Sfera.az-ın m...