Balabəy Ağayev: "Çalışıram ki, hər gün dünənkindən daha yaxşı olum"
Parisdə keçirilən "Böyük Dəbilqə"də qızıl medal qazanan Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) həm psixoloji, həm də fiziki baxımdan turnirə tam hazır olub. Sfera.az xəbər verir ki, idmançı bunu "Report"a açıqlamasında deyib. O, gərgin keçən yarışa yüksək səviyyədə hazırlaşdığını bildirib: "Yarış çətin keçdi, buna baxmayaraq, çox yaxşı hazırlaşmışdım. Demək olar ki, bütün əsas rəqiblərim bu turnirdə iştirak edirdilər. Həm psixoloji, həm də fiziki baxımdan özümü tam hazır hiss edirdim. Hər