Con Duran mövsümü bu klubda başa vuracaq

Con Duran mövsümü bu klubda başa vuracaq
Kateqoriya məlum deyil
T

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun hücumçusu Con Duran icarə əsasında Sankt-Peterburqun “Zenit” klubuna transfer olunub.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


22 yaşlı futbolçu mövsümün ilk yarısında Türkiyənin “Fənərbaxça” klubunda icarə əsasında çıxış edib. Onun “Zenit”lə bağladığı icarə müqaviləsi cari mövsümün sonunadək qüvvədə olacaq.


Con Duran bu mövsüm “Fənərbaxça”nın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu daha əvvəl İngiltərənin “Aston Villa”, ABŞ-nin “Çikaqo” və Kolumbiyanın “Enviqado” klublarında da forma geyinib.


Kolumbiya millisinin üzvü olan Duran yığmada 17 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


Qeyd edək ki, Rusiya Premyer Liqasında mövsümün ilk yarısından sonra “Zenit” 18 oyunda 39 xal toplayaraq turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ