Nə A, nə B və ya "Neftçi" qaş düzəltdiyi yerdə göz çıxartdı...
Deyəsən, "Neftçi" çoxdan axtardığı hücumçunu axır ki, İtaliyada tapıb. Nə gözəl. "Böyük beşlik" ölkələrindən oyunçu almaq həmişə prestijlidi. Amma burda bir əmma var. Məsələ burasındadı ki, "ağ qaralar" axtardığı hücumçunu - Canluka Sansoneni A seriyasında yox, heç B seriyasında da yox, C seriyasında tapıb. Özü də bu "transfer bombası"nın nə az, nə çox 32 yaşı var. Özü də bu mövsüm cəmi 2 oyunda meydana çıxıb və yaşı qədər dəqiqədə meydanda olub. Nə gözəl, nə pakizə. Düzdü, "Neftçi"nin baş