11 futbolçu həbs olundu
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Antikorrupsiya Agentliyi 8 futbolçunu və 3 veteran oyunçunu danışılmış oyunlarda iştirak etdiklərinə görə saxlayıb. Lent.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat yer alıb. Bildirilir ki, sabiq futbolçular Vaxtanq C., Laşa Ç. və Nika D., "Çiatura” klubundan İrakli X., "Quriya Lançxuti” klubundan Robert İ. və İrakli B., eləcə də "WIT Georgia” klubundan Coni Ş., Georgi Q., Nikoloz M., Paata Qx. və Nodar K. əməliyyat yolu ilə saxlanılıb.