Daha bir idmançı milyarder oldu
Britaniyanın məşhur “The Times” qəzetinin reytinqinə əsasən, İngiltərə futbolunun əfsanəsi, “Mançester Yunayted” və “Real Madrid”in sabiq yarımmüdafiəçisi Devid Bekhem sərvəti 1 milyard funt sterlinqi keçən ilk britaniyalı idmançı olub. Sfera.az xəbər verir ki, nəşrin məlumatına görə, Bekhemin ümumi sərvəti hazırda 1,185 milyard funt sterlinq (1,58 milyard dollar) təşkil edir. Onun sərvətindəki ciddi artım əsasən daşınmaz əmlak investisiyaları və Şimali Amerika Böyük Liqa Futbolunda (MLS) çıxış