"İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq" - Qurban Qurbanov
"Futbolçularımı təbrik edirəm. Gərgin oyun alındı, futbolçularda stress var idi. Qələbə üçün əziyyət çəkdik". Sfera.az xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Kəpəz"ə qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında deyib. O qeyd edib ki, "Kəpəz" dinamik komandadır, baxımlı və fərqli futbol oynayır. "Öz oyun üslublarının əl çəkmir, sürətli hücuma çıxırlar. Vacib üç xal qazandıq. Hər qələbə bizim üçün önəmlidir", - baş məşqçi bildirib. Qurbanov