Rövşən Nəcəf: "Premyer Liqada komanda sayı artırılmayacaq"
Azərbaycan Premyer Liqasında növbəti mövsümdə komanda sayı artırılmayacaq. Sfera.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf açıqlayıb. O, qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib ki, buna əsas səbəb zəruri infrastrukturun, resursların, hakimlərin, stadionların olmamasıdır: "Premyer Liqanın keyfiyyətinin artırılması əsas hədəflərdən biridir. Amma növbəti mövsümlərdə, bir neçə ildən sonra klubların sayının artırılmasına yenidən baxıb qərar