Logo

Avrokubokların final oyunlarının hakimləri bəlli oldu

Avrokubokların final oyunlarının hakimləri bəlli oldu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2023/2024 mövsümündə avrokubokların final oyunlarını idarə edəcək baş hakimlərin adları açıqlanıb.

Sfera.az xəbər verir ki, bu barədə UEFA-nın "X" səhifəsində məlumat paylaşılıb.

Məlumata görə, Çempionlar Liqasında "Real" (Madrid) və "Borussiya" (Dortmund) arasında keçiriləcək final görüşünü sloveniyalı Slavko Vinçiç idarə edəcək. Avropa Liqasının həlledici mərhələsində üz-üzə gələcək "Bayer 04" və "Atalanta" komandalarının oyununa rumıniyalı İştvan Kovaç təyin olunub.

Konfrans Liqasının final görüşü olan "Olimpiakos" - "Fiorentina" matçına portuqaliyalı Artur Soareş Diaş təyinat alıb.

Qadınlar arasında Çempionlar Liqasının qalibinin müəyyənləşəcəyi "Barselona" - "Lion" görüşünə isə Rebekka Uelş təyin edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR