"Milan"ın sabiq futbolçusu karyerasını başa vurdu
Danimarka millisinin və İtaliyanın "Milan" klubunun sabiq futbolçusu Simon Kyer karyerasını başa vurub. Sfera.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə "TV 2 Sport"a müsahibəsində bildirib. O, AVRO-2024-dən bir il əvvəl bu barədə düşündüyünü bildirib: "Karyeramı "Milan"da bitirmək istəyirdim, bu, ən yaxşı seçim idi". Qeyd edək ki, son olaraq 2024-cü ilin əvvəlində "Milan"ın formasını geyinən Simon Kyer İspaniyada "Sevilya", Türkiyədə "Fənərbağça"nın uğurları üçün də çalışıb.