“Neftçi” ilk transferini açıqladı
İdman
19:40 / 14.01.2025
6347
“Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib.
Sfera.az xəbər verir ki, Bakı klubu yaponiyalı yarımmüdafiəçi Ryonosuke Ohori ilə anlaşıb.
18 nömrəli formanı geyinəcək 24 yaşlı futbolçu ilə 5 ay + 2 il şərti ilə müqavilə bağlanıb.
Ohori futbola Yaponiyanın “Sanfreççe” klubunun akademiyasında başlayıb. Sonuncu klubu “Transinvest”in (Litva) heyətində 2024-cü ilin fevralından meydana çıxdığı 31 çempionat matçında 6 qola imza atıb.