Ülvi Quliyev 17 iyunla bağlı paylaşım edib
Millət vəkili, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev 17 iyun - Ümumdünya Karate Günü ilə bağlı paylaşım edib. Sfera.az xəbər verir ki, Ü.Quliyev paylaşımında bu idman növü ilə məşğul olan şəxsləri təbrik edib: "Hörmətli karateçilər, məşqçilər, veteranlar və bu nəcib döyüş sənətinin hər bir sevdalısı! Bu gün — 17 iyun tarixində, Ümumdünya Karate Günündə — sizləri Azərbaycan Karate Federasiyası adından səmimi qəlbdən təbrik edirik! Karate yalnız bir idman növü deyil, eyni