“Qarabağ” ilk transferini reallaşdırdı


“Qarabağ” ilk transferini reallaşdırdı

“Qarabağ” yay fasiləsi dönəmində ilk transferini reallaşdırıb.

 

Sfera.az xəbər verir ki, Azərbaycan çempionu dəyəri 700 min avro qiymətləndirilən Pedro Biçalo ilə anlaşıb.

 

Braziliyalı dayaq yarımmüdafiəçisi artıq sabah ölkəmizə gələcək. Cənubi amerikalı tibbi baxışdan keçəndən sonra rəsmi müqaviləyə imza atacaq.

 

Vətənində yetirməsi olduğu “Palmeyras”a məxsus oyunçu 2022-ci ildə “Santa Klara”ya (Portuqaliya) icarəyə verilib.

 

6 aydan sonra geri qayıdıb və “Vitoriya”da çıxış edib. O, son iki mövsümü “Alverka”da keçirib.

 

İyunun 30-da icarə müqaviləsi bitdiyi üçün “Palmeyras”a qayıdan 24 yaşlı “sambaçı“ Portuqaliyanın ikinci liqasında 33 oyuna çıxıb (21-i start heyətdə), 2 qol vurub.


OXŞAR XƏBƏRLƏR

Sözlə yox, əməllə danışacağam - Hidayət Heydərov

Tatamiyə 11 aydan sonra qayıtdım. Bu, sadəcə dönüş deyil, yola davamdır.   Sfera.az xəbər verir ki, bunu Azərbaycan millisinin cüdoçusu Hidayət Heydə...

Tasnim: İran İsrailə növbəti raket zərbəsi endirib

İran ordusu İsraildəki hədəflərə yeni raket zərbələri endirməyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb....

Ayda milyon qazanan müğənni niyə səhnəni tərk edib? - SƏBƏB

Eminemlə birlikdə çıxış edən və ayda 1 milyon funt-sterlinq qazanan 2000-ci illərin məşhur müğənnisi Dido ailə faciəsi səbəbindən medianın diqqətindən kənarda q...

İran təsdiqlədi: 6 general öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilk gün İsrailin hava hücumunda SEPAH Aerokosmik Qüvvələrinin 6 generalının həlak olduğunu təsdiqləyib.  ...

Toya təzə ayaqqabı geyinən bəyin barmaqları amputasiya olundu

Britaniyalı Martin Ralf toy günü yeni ayaqqabı geyindikdən sonra bir neçə barmağını itirib. Sfera.az bildirir ki, İngiltərənin Çeşam şəhərinin sakini Ralfın ...

Yadplanetlilərin işğalı: Kolumbiyada səmada sirli top tapıldı

İyunun 7-də Yumboda şəkər qamışı tarlasının üzərindən uçan sirli kürə görünüb. Yerli sakinlər tərəfindən lentə alınan videoda kürənin ziqzaq və manevr etdiyi gö...