Neymar Braziliya millisinin DÇ-2018-ə gedəcək heyətinə daxil edilib

Neymar Braziliya millisinin DÇ-2018-ə gedəcək heyətinə daxil edilib
Fransanın PSJ klubunun futbolçusu Neymarın adı Braziliya yığmasının Dünya çempionatı-2018 üçün açıqlanan yekun heyətinə daxil edilib.

Bunu Braziliya Futbol Konfederasiyasının mətbuat xidməti açıqlayıb.Dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək. Braziliya yığması "E" qrupunda İsveçrə, Kosta-Rika və Serbiya komandaları ilə mübarizə aparacaq./report
 

OXŞAR XƏBƏRLƏR