UEFA Canluici Buffona qarşı intizam işi açıb

UEFA Canluici Buffona qarşı intizam işi açıb
 UEFA İtaliyanın "Yuventus" klubunun qapıçısı Canluici Buffona qarşı intizam işi açıb.

Məlumata görə, araşdırma Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab görüşündə səfərdə İspaniya "Real Madrid"i ilə matçda baş verənlərlə bağlı aparılacaq. 

40 yaşlı oyunçu barəsində iki epizod nəzərdən keçiriləcək. UEFA qarşılaşmanın sonunda qırmızı vərəqə alan təcrübəli qolkiperə hər hansı bir cəza müəyyən etməlidir.
 
Həmçinin Buffonun görüşün baş hakimi Maykl Oliverə etdiyi qeyri-etik hərəkətlər də müzakirə olunacaq. Məsələyə mayın 31-i baxılacaq. 
Qeyd edək ki, "Real Madrid" - "Yuventus" matçı İtaliya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb./report
 

OXŞAR XƏBƏRLƏR