Ture doğma klubunu tərk edir

İdman
14:16 / 05.05.2018
5721
Sezonun sonunda Yaya Ture "Mançester Siti”ni tərk edəcək.
Sfera.az xəbər verir ki, bu haqda Xosep Qvardiola ingilis klubunun rəsmi "Tvitter” hesabında yazıb:
"Bu sezonun sonu Ture bizi tərk edəcək. ”Braytonla” matçda istəyirik ki, Yaya üçün qələbə qazanaq. O, klubumuza lap başlanğıcda gəlib, indi tutduğumuz, olduğumuz mövqeyə görə ona minnətdarıq. Turenin əməyi çox olub, o əsas oyunçulardan idi”.
İlqar
Sfera.az