"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
Kateqoriya məlum deyil
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen əməliyyat olunub.
Sfera.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
Nigeriyalı futbolçunun əməliyyatı uğurlu keçib. Onun təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Xatırladaq ki, 27 yaşlı forvard UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda "Ştutqart"la matçda zədələnib./APA






