“Real” “Barselona” ilə ikinci heyətlə oynayacaq

İdman
19:07 / 04.05.2018
4482
36-cı tur çərçivəsində "Barselona” ilə qarşılaşmaya "Real” ikinci heyətlə çıxa bilər.
Sfera.az xəbər verir ki, bu haqda "Abc.es” nəşri yazıb.
Məşqçi heyəti ilə məsləhətləşən Zidan belə qərara alıb. O hesab edir ki, Çempionlar Liqasının final görüşü daha vacibdir.
Serxia Ramos, Marselo, Ronaldu, Luka Modriç,Navas kimi oyunçular xəsarət almasın deyə "El Klassiko”dan kənarda qalıb istirahət edəcəklər.
İlqar
Sfera.az