“Formula-1”-in keçiriləcəyi tarix məlum oldu

“Formula-1”-in keçiriləcəyi tarix məlum oldu

“Gələn il Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Prisinin keçiriləcəyi dəqiq tarix məlum olub.

 

Yarışma gələn il iyun ayının 19-da baş tutacaq”.

 

Bunu jurnalistlərlə görüşündə Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-Pri yarışlarını təşkil edəcək “Baku Grand Prix” şirkətinin marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai deyib.

 

Onun sözlərinə görə, bu yarışma futbol üzrə dünya çempionatı və olimpiya oyunlarından sonra üçüncü ən ciddi idman tədbiridir: “Formula-1” Avropa Qran-Pri yarışları dünyanın 187 ölkəsində yayımlanır, 500 milyondan artıq auditoriyası var”.

 

Paytaxtın mərkəzi küçələrində baş tutacaq yarışmanın ölkəmizin qarşısında böyük imkanlar açacağını deyən N.Arpadarai bildirib ki, bu tədbir ölkəmizə turist axınını gücləndirəcək:

 

“Bakı şəhərinin yolları “Trasslar qrupu”na aid olduğu üçün bu tədbir şəhərin mərkəzi küçələrində təşkil ediləcək. “Formula-1”-ə hazırlıq çərçivəsində yollarda təmir işləri aparılacaq, yol örtükləri yenilənəcək. Bu da yeni iş yerlərinin açılmasına səbəb olacaq. “Hökumət evi”nin qarşısında “Formula-1” şəhərciyi tikiləcək. Tamaşaçı tribunaları gecələr qurulacaq ki, əhalinin gediş-gəlişinə mane olmasın. Tikinti işləri gələn il aparılacaq və bu zaman hava şəraiti nəzərə alınacaq. Bu mötəbər idman tədbiri ölkəmizin beynəlxalq miqyasda əldə etdiyi növbəti ciddi uğurlardan biri olacaq”.


OXŞAR XƏBƏRLƏR

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Nəsimi rayonu, Azadlıq prospekti ilə Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsinde yeraltı orta təzyiqli qaz kəmərindən ayrılan qaz xəttində sızmanın aradan qald...

İcra başçısıilə yanaşı bu məmurlar da saxlanılıb - ADLAR

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.   Sfera.az xəbər ...

Səbail rayonunda silah-sursat aşkar edildi

Bakı şəhərinin Səbail rayonu ərazisində silah-sursat aşkar edilib.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. &n...

Milli Məclisin sabahkı plenar iclasının gündəliyi dəyişib

Milli Məclisin növbədənkənar sessiyasının iyunun 21-də keçiriləcək növbəti iclasının gündəliyi dəyişib.   Sfera.az xəbər verir ki, gündəliyə əvvəl 21...

Bugünkü sertifikasiya imtahanlarında 3 300 müəllim istirak etdi

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil...

Dünya İB məktəbinin şagirdi beynəlxalq olimpiadada qızıl medal QAZANDI – FOTO

Dünya İB məktəbinin 4-cü sinif şagirdi Eyyub Əli, beynəlxalq səviyyəli olimpiadada ölkəmizi uğurla təmsil edib.   Bu barədə Sfera.az-a Dünya İB məktəbi...