Logo

"Qarabağ" klubu cərimələndi

"Qarabağ" klubu cərimələndi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Qarabağ" klubu 4500 manat cərimələnib.

Sfera.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub.

Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. "Köhlən atlar" buna görə 3000 manat ziyana düşüb.

Bundan əlavə, "Qarabağ"a daha 1500 manat cərimə kəsilib. Komandanın futbolçusu Zakaria Savonun formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edilib.

"Qəbələ" isə "Zona 1" ərazisində kənar şəxslər olduğuna görə 1000 manat ödəyəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR