U-21 millimizdən tarixi nəticə

Kateqoriya məlum deyil
T
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib.
Sfera.az xəbər verir ki, Rəşad Eyyubovun komandası Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
“Əlincə Arena”da baş tutan görüş Azərbaycan yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 8-ci dəqiqədə Nihad Əhmədzadə, 43-cü və 51-ci dəqiqələrdə isə Ağadadaş Salyanski vurublar.
Qeyd edək ki, bununla da Avropa çempionatının seçmə mərhələsində qrup oyunları başa çatıb. Azərbaycan U-21 millisi 10 xal toplayaraq B qrupunda 5-ci pillədə qərarlaşıb. Bu, komandamızın Avropa çempionatının seçmə mərhələləri tarixində ən çox topladığı xaldır./teleqraf
Açar sözlər:






