Maykl Cordanın forması rekord qiymətə satıldı - FOTO

Maykl Cordanın forması rekord qiymətə satıldı - FOTO
Kateqoriya məlum deyil
T

NBA-nın 6 qat çempionu, əfsanəvi amerikalı basketbolçu Maykl Cordanın “Chicago Bulls”un heyətində 1998-ci il NBA finalında geyindiyi forma hərracda rekord qiymətə satılıb.

Sfera.az xəbər verir ki, “Joopiter” hərrac evinin məlumatına görə, Cordanın 1998-ci il finalında geyindiyi forma 12,26 milyon dollara alıcı tapıb.

Bununla da basketbol formasının hərracda satışı üzrə əvvəlki rekord yenilənib. Əvvəlki rekord 10,1 milyon dollar olub. 2022-ci ildə Maykl Cordanın 1998-ci il NBA finalının ilk oyununda geyindiyi forma məhz bu məbləğə – 10,1 milyon dollara satılıb.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR