Millimiz Çexiya ilə heç-heçə edib

Kateqoriya məlum deyil
T
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.
Sfera.az-ın məlumatına görə, Rəşad Eyubovun baş məşqçi olduğu kollektiv Bakıda Çexiya ilə qarşılaşıb.
"Bank Respublika Arena"da baş tutan B qrupunun matçı 1:1 hesabı ilə başa çatıb. Azərbaycan millisinin heyətində 45-ci dəqiqədə Eşqin Əhmədov fərqlənib.
Qeyd edək ki, U-21 seçmə mərhələdə növbəti matçlarını sentyabrın 30-da səfərdə Şotlandiya, oktyabrın 6-da evdə Cəbəllütariq yığmalarına qarşı keçirəcək.
Açar sözlər:






