Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi

Kateqoriya məlum deyil
T
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sfera.az xəbər verir ki, B qrupunda yarışan Rəşad Eyubovun komandası 8-ci turda Bakıda qrup ikincisi Çexiya millisi ilə üz-üzə gəlib.
"Bank Respublika Arena"da keçirilən görüşü irlandiyalı FİFA referisi Aaron Odoud idarə edib.
Oyun 1:1 hasabı ilə yekunlaşıb.
17:45. Azərbaycan - Çexiya - 1:1
Qollar: Filip Lissah, 38 (0:1), Eşqin Əhmədov, 45 (1:1)
Qeyd edək ki, U-21-in seçmə mərhələdə növbəti matçı sentyabrın 30-da səfərdə Şotlandiyaya qarşı olacaq.
Açar sözlər:






