Bu 2 klub İkardi ilə maraqlanır

Bu 2 klub İkardi ilə maraqlanır
Kateqoriya məlum deyil
T

Yay transfer dönəmində heyətində ciddi dəyişikliklər edən “Qalatasaray”da komandadan ayrılan futbolçular idmansevərlər arasında diqqət çəkib.

Onlardan ən çox müzakirə olunan ad isə argentinalı hücumçu Mauro İkardi olub.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hazırda İkardiyə “Everton”la yanaşı, İtaliyanın “Latsio” klubu da maraq göstərir. Bildirilib ki, “Latsio” artıq futbolçunun meneceri ilə əlaqə saxlayıb. Məlumata əsasən, klub transferi rəsmiləşdirmək üçün baş məşqçi Cennaro Qattuzonun razılığını gözləyir. İkardi “Qalatasaray”da 4 mövsüm ərzində 134 oyunda meydana çıxıb.

Argentinalı hücumçu bu görüşlərdə 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Hazırda 33 yaşlı futbolçunun bazar dəyəri 4 milyon avro olaraq qiymətləndirilir.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR