İtaliyalı müdafiəçi "Barselona"ya keçəcək

Kateqoriya məlum deyil
T
"İnter"in müdafiəçisi Federiko Dimarko karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sfera.az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
Nəşr yazır ki, "Barselona" italiyalı futbolçunu transfer etmək istəyir.
Dimarkonun A Seriyası klubu ilə müqaviləsi mövsümün sonuna başa çatır. "Barselona" artıq indidən yayda azad agent statusunda olacaq 28 yaşlı sol cinah müdafiəçisi ilə danışıqlara başlayıb. Təcrübəli oyunçu özü də klubunu dəyişməyə yaxındır.
Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü cari mövsümdə Milan təmsilçisinin heyətində meydana çıxdığı 3 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb./Trend






