"Arsenal" gürcüstanlı futbolçu ilə müqavilə imzaladı

Kateqoriya məlum deyil
T
"Sabah"ın UEFA Çempionlar Liqasındakı rəqibi İngiltərənin "Arsenal" klubu gürcüstanlı hücumçu Andriya Bartişvili ilə 2027-ci ilin iyulunda qüvvəyə minəcək müqavilə imzalayıb.
Sfera.az xəbər verir ki, 17 yaşlı futbolçu ilə anlaşma müvafiq tənzimləmə prosedurları başa çatdıqdan sonra rəsmiləşəcək.
Müqavilə ilə "Kolxeti 1913"ə məxsus olan vinger hazırda icarə əsasında Gürcüstan Yüksək Liqasında mübarizə aparan "İberiya 1999"un formasını geyinir.
Qeyd edək ki, A.Bartişvili Gürcüstanın U-16, U-17 və U-18 və U-21 millilərində oynayıb./Report
Açar sözlər:






