Gürcü futbolçu "Arsenal"a keçəcək

Gürcü futbolçu "Arsenal"a keçəcək
Kateqoriya məlum deyil
T

"Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərindən olan İngiltərənin "Arsenal" klubu gürcüstanlı futbolçu Andriya Bartişvilini heyətinə qatır.

Sfera.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

17 yaşlı hücumameyilli yarımmüdafiəçi növbəti həftə 5 illik müqavilə imzalayacaq.

Gürcüstanın U-21 millisinin üzvü son olaraq "İberiya"da çıxış edib.

"Sabah" "Arsenal"la 2027-ci il yanvarın 27-də İngiltərədə üz-üzə gələcək./Report

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR