"Sabah" Çempionlar Liqasına vəsiqə ilə nə qədər qazandı?

Kateqoriya məlum deyil
T
"Sabah"ın İsrail "Hapoel"ini məğlub edərək UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması klubun büdcəsinə böyük maliyyə vəsaiti gətirib.
Sfera.az xəbər verir ki, Masazır təmsilçisi pley-off səddini keçməklə gəlirlərini rekord həddə çatdırıb.
Avrokuboklardakı uğurlu çıxışına görə 9 milyon avronu zəmanətləndirən "bayquşlar" "Hapoel" üzərindəki qələbə ilə UEFA-dan əlavə 11 milyon avro mükafat əldə edib.
Beləliklə, Çempionlar Liqasının əsas mərhələsinə adlayan "Sabah" ümumilikdə ən azı 20 milyon avro (təxminən 39 milyon 680 min manat) qazanc əldə edib./Offsideplus.az






