"Çelsi" transferdən milyonlar qazanacaq

"Çelsi" transferdən milyonlar qazanacaq
Kateqoriya məlum deyil
T

"Nottinqem Forest" Liam Delapı "Çelsi"dən transfer edəcək.

Klublar 23 yaşlı hücumçunun transferi ilə bağlı razılığa gəliblər. “Çelsi” Delap üçün təxminən 45 milyon funt-sterlinq əldə edəcək. Bu transfer “Nottingem Forest”in tarixində rekord transfer olacaq. Futbolçunun yaxın 24 saat ərzində tibbi müayinədən keçməsi gözlənilir.

Sfera.az xəbər verir ki, insayder Fabritsio Romano da klublar arasında şifahi razılığın əldə olunduğunu təsdiqləyib. Delap baş məşqçi Oliver Qlasnerlə söhbətdən sonra “Nottingem Forest”i seçib.

Delap 2025/26 mövsümündə “Çelsi”nin heyətində Premyer Liqada 28 oyunda 1 qol vurub və 4 sarı vərəqə alıb. O, London klubuna ötən yay “İpsviç”dən 30 milyon funt-sterlinqə transfer olunmuşdu./trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR