Mahir Emreli Polşa klubunda 2-ci qolunu vurdu

Mahir Emreli Polşa klubunda 2-ci qolunu vurdu
Kateqoriya məlum deyil
T

Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Polşanın "Rakuv" klubunda 2-ci qolunu vurub.

Sfera.az xəbər verir ki, 29 yaşlı hücumçu Ekstraklasanın II turunun "Şlyonsk"la səfər oyununda fərqlənib.

Matçın 60-cı dəqiqəsində qapıçı ilə üzbəüz qalan futbolçu onu da geridə qoyaraq topu boş qapıdan keçirib.

Mahir Emreli "Rakuv"un heyətində ilk qolunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Maltanın "Valetta" klubu ilə matçda vurmuşdu.

Futbolçu Polşa klubuna bu yay Almaniyanın "Kayzerslautern" klubundan icarə əsasında keçib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR